Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Su-24 hərbi təyyarəsi ilə bağlı hadisədən sonra iki ölkə arasında siyasi böhrandan çıxış yolunun detallarını açıqlayıb.
Gazeta-nın yaydığı məlumata görə, nazir bildirib ki, iki ölkə arasındakı gərgin münasibətlərin həlli Azərbaycan respublikasının prezidenti İlham Əliyev, Dağıstanın başçısı Ramazan Abdulatipov, Qazaxistan prezidenti Nursultan Nazarbayev və Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədovun şəxsi iştirakı ilə nail olunub.
Çavuşoğlu qeyd edib ki, Azərbaycandan olan dostların sayəsində Rusiya tərəfi ilə qeyri-formal vəziyyətdə bir sıra görüşlər keçirilib, iki ölkəni barışdırmağa dair addımları müzakirə ediblər.
Eyni zamanda Çavuşoğlu, bu məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Ərdoğanla görüşən Fərhad Əhmədovun əsas rolunu vurğulayıb. O bildirib ki, Əhmədov Rusiyanın prezidentinə məktub yazmağı məsləhət görüb, hətta bu məktubun əsas ifadələrini təklif edib.
Çavuşoğlu bildirib ki, Əhmədov onun yaxın dostudur və onunla AŞPA-da vaxtından bəri tanınır. "Fərhad Azərbaycanı, Türkiyəni və Rusiyanı çox sevir" - Türkiyənin XİN başçısı deyib.
- Məlum olduğu kimi, 27 iyun 2016-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Su-24" hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib. Məktubda ikitərəfli münasibətlərin bərpasının vacibliyi vurğulanıb. Hurriyet Daily News-in yaydığı məlumata görə, Ərdoğan"Su-24"un vurulması ilə bağlı Putindən üzr istəyib.
- Məktuba cavab olaraq, 29 iyun 2016-ci ildə Rusiya və Türkiyə prezidentlərin arasında telefon danışığı baş tutub. Danışıqların nəticəsi olaraq, ikitərəfli münasibətlərin bərpası prosesinə başlanılıb.
Türkiyə KİV-lərin məlumatına görə, belə bir məktubun yazmağa məsləhət verən Fərhad Əhmədov olub.
"Məktubun məzmununa baxsaq, Fərhad Əhmədovun dediklərinin orada əks olunduğunu görəcəyik", - Çavuşoğlu deyib.
Xatırladaq ki, Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya bombardmançısı “Su-24” 2015-ci ilin noyabrın 24-də türk qırıcıları tərəfindən vurulub. Heyət katapult etməyi bacarıb, amma pilot Oleq Peşkov yerə enərkən vurulub.