“Mançester Yunayted” braziliyalı futbolçu üçün 100 milyon avro ödəmək istəyir

İngiltərənin “Mançester Yunayted” klubu braziliyalı yarımmüdafiəçi Antoni üçün “Ayaks”a yeni təklif göndərəcək. Bu barədə “Footmercato” məlumat yayıb.

Nəşrin mənbəsinin xəbərinə görə, britaniyalılar futbolçu üçün 100 milyon avro təklif etməyə hazırdırlar. “Ayaks”ın belə şərtlərlə razılaşacağı ehtimalı var, çünki hollandlar daha əvvəl futbolçu üçün bu məbləği almaq istədiklərini bildirmişdilər.

Amsterdam klubu artıq Antoniyə əvəzləyici axtarmağa başlayıb. Namizədlər arasında “Roma”nın futbolçusu Castin Klyuvert və “Çelsi”nin yarımmüdafiəçisi Hakim Ziyex də var.

22 yaşlı Antoni bu mövsüm “Ayaks”ın heyətində üç oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. O, həmçinin Braziliya millisində doqquz oyunda iki qol vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ