Özünü yandıran qazinin vəziyyəti necədir? - TƏBİB açıqladı

Ötən gün özünü yandıran Vətən müharibəsi iştirakçısı Təbriz Abdullayev Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, T.Abdullayev hazırda həkim nəzarəti altındadır.

“Vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub. Hazırda Reanimasiya şöbəsində həkim nəzarəti altındadır”, - məlumatda deyilir.

Qeyd edək ki, avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayev Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ