“WhatsApp” “Windows” üçün müstəqil proqram təqdim etdi

“WhatsApp” tərtibatçıları “Windows” üçün messencer proqramının yeni müstəqil versiyasını təqdim ediblər.

Əvvəllər kompüter istifadəçiləri brauzer versiyasından istifadə edərək “WhatsApp”a qoşulmalı və ya veb əsaslı masaüstü versiyasını yükləməli idilər.

Tətbiqin yeni versiyası bir sıra üstünlüklərə malikdir. Xüsusilə, proqramın “Windows” üçün optimallaşdırılması səbəbindən, o, daha etibarlı və sürətlidir.

Qeyd edək ki, əvvəllər “WhatsApp”dan kompüterdə istifadə etmək üçün masaüstü və ya brauzer versiyası ilə sinxronlaşdırılmış smartfonunun internetə qoşulması vacib idi. Artıq istifadəçi telefonu söndürsə belə messencerdə bildiriş və mesaj ala biləcək.

Hazırda “WhatsApp”ın “Mac” üçün versiyası üzərində iş gedir. Yaxın vaxtlarda onun da ictimaiyyətə təqdim olunacağı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ