İsrailin baş naziri Yair Lapid və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regional sabitlik, ticarət və turizm sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Bu barədə İsrail baş nazirinin ofisinin saytında məlumat verilib.
Siyasətçilər İsrail və Türkiyəyə səfir və baş konsulların qaytarılması ilə bağlı razılığa gəliblər. Tərəflər razışlaşıblar ki, bu addım əlaqələrin möhkəmləndirilməsində mühüm əlavə mərhələ olacaq. Bu, həmçinin Türkiyəyə uçuşların bərpasına və sentyabrda İsraildə keçiriləcək Birgə İqtisadi Komissiyanın toplantısına da təsir edəcək.
Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yair Lapidlə telefon danışığında Türkiyənin Tel-Əvivə səfir təyinatı məsələsinin yaxın vaxtlarda həll olunacağına söz verib. Bu barədə Türkiyə prezidenti administrasiyası öz Twitter hesabında məlumat verib.