Dəniz sahilində kişi və qadın meyiti tapıldı

Sumqayıtda dənizdən iki meyit tapılıb. Bu barədə APA məlumat yayıb.

Məlumatda bildirilir ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb.

Meyiti tapılan şəxslərin 40-45 yaşlarında olduğu və hələlik kimliklərinin məlum olmadığı bildirilir. Onların ər-arvad olduğu ehtimal edilir.

Meyitlər aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ