Son bir neçə gündür dana ətinin qiyməti bahalaşıb. İndi hər bir kiloqram dana ətinin qiymətində 1 manat, 1.50 qəpik artım var. Belə ki, paytaxtda qəssablar sümüklü hər 1 kiloqram dana ətini 11 manat 50 qəpiyə, 12 manata verirlər.
Xəzər TV-nin məlumatına görə, satıcıların sözlərinə görə, artım son 1 həftədir baş verib.
Həmçinin sümüksüz dana ətinin qiyməti də bahalaşıb. Qiymətlər indi 15 manat olub.
Bəs bahalaşmanın səbəbi nədir?
Satıcılar bildiriblər ki, danalar rayonlarda bahalaşdığı üçün ətin də qiyməti artıb. Əgər qıtlıq davam edərsə, qiymətlər daha da arta bilər.