Paytaxtın Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.
Buta.media-nın məlumatına görə, bu barədə “Azərsu” ASC-dən bildirilib.
Qeyd edilir ki, fasiləyə səbəb Ə.Rəcəbli küçəsində magistral su kəmərində baş vermiş qəzadır.
Hazırda qəza briqadaları əraziyə cəlb olunub.