Polis “Qarabağ”ın oyunu ilə bağlı müraciət yaydı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Qarabağ" - "Viktoriya" oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, azarkeşlərin oyunun keçiriləcəyi əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük vermələri vacibdir:

“Avqustun 17-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Azərbaycan çempionu "Qarabağ" Çexiyanın "Viktoriya" komandası ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Qarabağ” klubuna uğurlar arzurlayırıq.

Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki ərazidə metronun “Gənclik” stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər.

Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ