Azercell-ə qarşı iddia: Abunəçinin balansından qəpik-qəpik oğurlayırlar

İctimai fəal Bəxtiyar Hacıyev Azercell şirkətini dələduzluqda ittiham edib.

BM-nın məlumatına görə, B. Hacıyev öz facebook hesabında bildirib ki, şirkət abunəçilərə kontur pay götürmək imkanı verib, özlərində texniki səhvləri olub, abunəçilər də verilən konturları istifadə etməyə başlayıblar.

Onun sözlərinə görə, sonra Azercell abunəçilərin balansında nə pul varsa, hamısını silib, hələ müştərilərə borc da yazıb:

"Şirkət müştərilərini məhkəmə ilə hədələyirlər öz günahlarına vəya düşünülmüş planlarına görə. Qısacası, növbəti abırsızlıq.

Azercell müştərilərindən bu hal kiminsə başına gəlibsə, hüquqi dəstək tapmağa və onları məhkəməyə verməkdə kömək edə bilərik. Özləri illərdir milyonlarla abunəçinin balansından qəpik-qəpik, manat-manat oğurlayırlar, indi bir dəfə öz səhvlərinə görə müştərilər 5-10 manat artıq istifadə edib. üzlərini cırırlar.

Dövlət milyyardlarla pul ayırır, dövlətin etdiyi devalvasiyaya görə vətəndaşın minlərlə dollar yük altına düşməməsi üçün addımlar atır ki, əhali narazı qalmasın. Azercell isə əhaliyə bu məqamda əlavə borc yükləyir, məhkəmə ilə hədələyir.

Mən hələ özəl sektorda belə həyasız idarəçilik görməmişdim."

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ