Kəmaləddin Heydərovun işdən çıxardığı generala yüksək vəzifə verildi

Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinə yeni rəhbər təyin olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” Birliyinin direktor vəzifəsinin müvəqqəti icrası general-mayor Kənan Aşurluya tapşırılıb.

Qeyd edək ki, Kənan Aşurlu 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. 

Xatırladaq ki, 51 yaşlı K.Aşurlu Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ