“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.
Bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib: “Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər”