İrəvanda güclü partlayış, altı nəfər ölüb - video

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində altı nəfər ölüb.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb. Partlayış zamanı bazarda olan 17 nəfər itkin düşüb.

Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

14.08.2022 16:31

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, xəsarət alanıların sayı 30 nəfərə çatıb. 

Bu barədə “NEWS.am”a Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.

O vurğulayıb ki, hazırda partlayış yerində yanğınsöndürmə və axtarış işləri aparılır, dağıntılar altında ölənlərin ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Bildirilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ