“Azərmaş” ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda istehsal olunan “Peugeot 406” ” markalı minik avtomobillərinin satışına başlanılıb.
Buta.media-nın məlumatına görə, bu barədə “Report”a şirkətin İdarə Heyətinin sədri Emin Axundov məlumat verib.
Onun sözlərinə görə, fevral ayının sonundan daxili bazara çıxarılmış və qiyməti 17 500 manat olan bu maşınlara maraq böyükdür:
“Həmin minik avtomobilləri satılır. Hazırda onların ölkədən ixracı ilə bağlı iş aparırıq”.
Qeyd edək ki,“Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodunda "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunacaq.