Həkim qaranlıqda telefon istifadə edənlərə xəbərdarlıq etdi

Oftalmoloq-cərrah Nigar Həsənova bildirib ki, qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq yuxu hormonunun ifrazında problem yaradır.

Bu barədə o Səhiyyə Nazirliyinin rəsmi Instagram hesabında canlı yayımda çıxışı zamanı deyib.

Həkim qeyd edib ki, bu, uşaqlarda həmçinin boy hormonunun ifrazına mane olur: 

“Ümumiyyətlə, bu məsələ ilə bağlı tədqiqatlar aparılır. Uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidirlər”.

N.Həsənova onu da vurğulayıb ki, bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb: 

“Həmin eynəklərin 100 faiz qoruduğu barədə fakt yoxdur. Kompüter arxasında oturanlar mütləq gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidirlər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ