Şeyx Ramzan Kadırova erməni ekstremistlərdən şikayətləndi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Qroznı şəhərində səfərdə olub.

Buta.media-nın məlumatına görə, A.Paşazadə Qroznıda dini konfransda iştirak edib.

O,  Prezident İlham Əliyevin salamlarını Çeçen Respublikasının başçısı Ramzan Kadırova çatdırıb. Daha sonra QMİ sədri bildirib ki, dini liderlərin əsas vəzifəsi xalqlarımızın xoşbəxtliyi və rifahı naminə, qardaşlıq əlaqələrini və müqəddəs dinimiz İslamı gücləndirməkdir.

A.Paşazadə qeyd edib ki, Qafqaz xalqları arasında yaxşı münasibətlər qiymətli tarixi irsdir. Lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi istisna təşkil edir: “Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü hələ də davam edir, Azərbaycan torpaqlarının iyirmi faizi hələ də bütün beynəlxalq normalara baxmayaraq erməni ekstremistlərinin işğalı altındadır. Azərbaycan xalqının mədəni və dini mirası məhv edilir. Biz Qarabağ münaqişəsinin ədalətli, sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həllini tələb edirik”.

“Bütün dünyada demokratiya, insan hüquqları və azadlıqlarının carçısı olduğunu iddia edən ölkələrdə irqi və dini dözümsüzlük, məcburi köç və demoqrafik fəlakətlərin səbəb olduğu hiddətli hərəkətlər var, fərdi qüvvələr bütün insanlığın sülh və sabitliyinə təhlükə yaradır. Yeni Zelandiyanın məscidlərində müsəlmanlara qarşı aşkar terror hücumunun terrorist hərəkət kimi tanınmaması da islamafobiyanın göstəricisidir”.- A.Paşazadə deyib.

Sonra konfrans iştirakçılarının şərəfinə ziyafət verilib. Ziyafət çərçivəsində A.Paşazadə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə QMİ sədrini çeçen torpağında hər zaman görməkdən məmnun olduğunu bildirən Çeçenistan lideri Azərbaycan xalqına və dövlətimizin başçısına qardaş salamlarını çatdırmağı A.Paşazadədən xahiş edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ