Yaponiya hökuməti tam tərkibdə istefa verib. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Nazirlər Kabinetinin xüsusi iclası yerli vaxtla saat 11:30-da başlayıb. Yaxın vaxtlarda baş nazir Fumio Kisidanın rəhbərliyi altında Yaponiya hökumətinin yeni tərkibinin məlum olacağı gözlənilir.
Ölkədə hökumətin tərkibini yeniləmək istəyi ötən ilin payızında açıqlanmışdı. Həmin vaxt Kisida bəyan etdi ki, ölkə rəhbərliyi “ictimai rəylə üz-üzə gəlməlidir”. Eyni zamanda Yaponiyanın əsas müxalifət qüvvəsi olan Konstitusiya Demokratik Partiyasının rəhbəri Yukio Edano vurğulayıb ki, “bütün hökumətdə dəyişiklik lazımdır”.
Kişida 4 oktyabr 2021-ci ildə səs çoxluğu ilə Yaponiyanın Baş naziri vəzifəsinə təsdiq edilib.