Milli Qəhrəman Mübariz İbrahimovu təhgir edən psixoloq Nərmin Şahmarzadə heç bir vaxt ana olmayacağına qərar verib.
Buta.media-nın məlumatına görə, bu barədə Nərmin sosial şəbəkədə yazıb.
Sözügedən paylaşımı təqdim edirik: "Bu dünyaya uşaq gətirmək bəlkə də bizə vəd etdikləri cəhənnəmi ona yaşatmaqdır. Hələ o uşaq Azərbaycanda doğulacaqsa, "qır qazanın" istisini mütləq bir gün dadacaq. Bəzən valideynlərimizi qınayırıq ki, niyə narahat olursan, məni yeməyəcəklər ki?! Camaatı yeyirlər bəyəm?!
Bəlkə də onlar şişə keçirməyə çalışan yamyamları, bir az müdrik ədalı, kənardan kromonyana bənzəyən neandertal təfəkkürlü "müdrikləri" tanıdıqları üçün narahatdırlar. Bəlkə də cəmiyyətin yediyi adamları gördükləri üçün narahatdırlar. Bəlkə də özləri də nə zamansa yedikləri adamları xatırladıqları üçün narahatdırlar. Bəlkə də bizi dünyaya gətirərək necə oda atdıqlarını bildikləri üçün narahatdırlar. Bəlkə də narahatlıq yox, peşmanlıqdır. Amma bir şeyə aylar sonra bir daha əmin oldum ki, bu dünyaya uşaq gətirməyəcəm."
Qeyd edək ki, Nərmin Şahmarzadə milli qəhrəmanımız Mübariz İbrahimovu “cinayətkar və qatil” adlandırmışdı. O, sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır.