“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Ağdam klubu bu uğura III təsnifat mərhələsinin cavab oyununda “Ferentsvaroş”a qalib gələrək əldə edib.
Azərbaycan çempionu Bakıda 1:1 hesablı bərabərliklə bitən oyunun revanşında səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gəlib və Avropanın ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəlib.
“Qarabağ”ın heyətində matçın 7-ci dəqiqəsində Zubir hesabı açıb. Daha sonra Vaci səhnəyə çıxıb. Qarşılaşmanın 55-ci dəqiqəsində ağdamlıların hücumçusu hesab arasındakı fərqi iki topa çatdırıb. 78-ci dəqiqədə isə İbrahima Vadci dublunu rəsmiləşdirib.
Macarların yeganə qolunu oyunun 86-cı dəqiqəsində Traore vurub.
Pley-off mərhələsində “Qarabağ”ın rəqibi Çexiyanın “Viktoriya” (Plzen) komandası olacaq.