Rusiyanın “Bayraktar” qorxusu - Ukraynada zavod tikilsə, dərhal vurulacaq

Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün tikiləcək zavod dərhal “demilitarizasiyaya” məruz qalacaq. 

Buta.media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Kreml nümayəndəsinin sözlərinə görə, belə bir zavod inşa olunsa, bu, yalnız “ukraynalıların əzabını” uzadacaq.

“Belə bir obyektin yaradılması faktı, əlbəttə ki, dərhal demilitarizasiya mövzusuna düşür. Bu zavod yalnız ukraynalıların əzablarını uzadacaq, lakin xüsusi hərbi əməliyyatın hədəfindən yayınmağa kömək etməyəcək”, - Peskov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ