Rusiya qoşunları bir ay ərzində Donbassda 10 kilometr irəliləyib

Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətə dair gündəlik icmalında Donbasda 30 günlük döyüşlərin nəticələrini yekunlaşdırıb.

Britaniya ordusunun məlumatına görə, Rusiya qoşunları bir ay ərzində maksimum 10 kilometr irəliləyib və bu, Baxmut istiqamətində baş verib. Cəbhənin qalan sektorlarında eyni müddət ərzində RF qoşunlarının irəliləməsi üç kilometri keçməyib, bu isə planlaşdırılandan xeyli azdır.

Donbasda artilleriyadan intensiv istifadənin davam etməsinə baxmayaraq, Rusiya əhəmiyyətli irəliləyişi təmin etmək üçün döyüşə hazır piyada qoşunları yarada bilməyib.

Eyni zamanda, Böyük Britaniyanın Müdafiə Nazirliyi qeyd edir ki, Rusiya qoşunları son bir neçə gündə öz səylərini əsasən Ukraynanın cənubunda müdafiənin gücləndirilməsinə yönəldib, lakin buna baxmayaraq, Donetsk vilayətində Ukrayna mövqelərinə hücumları davam etdirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ