“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Buta.media klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcü futbolçu Vato Arveladze ilə 1+1 il şərtli müqavilə imzalanıb.
24 yaşlı yarımmüdafiəçi 18 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, ağ-qaralar UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununda Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Cavab qarşılaşması avqustun 11-də Vyanada keçiriləcək.
Ölkə çempionatının ilk turunda isə flaqman səfərdə “Şamaxı”ya minimal hesabla qalib gəlib.