Çinli və sinqapurlu həkimlər 35 nəfərdə henipavirusun yeni təhlükəli növünü aşkar ediblər. Bu barədə Çinin “Penpay” nəşri məlumat yayıb.
“Lanye virusu” adlandırılan epidemiya Şandun və Henan əyalətlərində qeydə alınıb. Xəstələrdə ən çox öskürək, qızdırma, yorğunluq, əzələ ağrıları, ürəkbulanma və baş ağrısı müşahidə olunur. Alimlər hələlik xəstələr arasında əlaqəni tapa bilməyiblər, bundan əlavə, onların yaxınlarında henipavirus əlamətləri qeydə alınmayıb.
Patogenin genetik dəsti 18 402 nukleotiddən ibarətdir. Virusoloqlar bu növün elmə məlum olan digər henipaviruslarla oxşarlığını qeyd ediblər, ən çox uyğunlaşma “Mojiang” virusu ilə olub. Təbiətdə “Lanye virusu” ən çox siçanlarda aşkar edilir – 27 faiz. Anticimlər it və keçilərdə də tapılıb.
2022-ci ilin iyul ayında beynəlxalq ekspertlər qrupu SARS-CoV-2 koronavirusunun yayılmasının Uhandakı Çin bazarında başladığını sübut edib.