İsrail Qəzza zolağında təklif olunan atəşkəsin şərtləri ilə razılaşıb. Bu barədə “Reuters” məlumat yayıb.
Hazırda Fələstin tərəfdən cavabı gözlənilir. “Misirdəki mənbə iddia edir ki, İsrail Qəzzada təklif olunan atəşkəsə razılaşıb, Qahirə Fələstindən cavab almağa çalışır”, - məlumatda deyilir.
Xatırladaq ki, avqustun 7-də səhər saatlarında İsrailin Qəzza zolağının cənub əyalətlərinə endirdiyi aviazərbələr nəticəsində 29 nəfər ölüb, 253 nəfər yaralanıb.
Qüds və Təl-Əviv yaxınlığında xəbərdarlıq sirenaları səslənib. Cümə axşamı, avqustun 5-dən etibarən fələstinli döyüşçülər Qəzza zolağından İsrailə azı 380 raket atıb.