Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz Twitter hesabında yazıb.
Avropa rəsmisi qeyd edib ki, Aİ Cənubi Qafqazda sülh prosesinə sadiq qalır.
Onun sözlərinə görə, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etdirilməsi və konkret irəliləyişin əldə olması mühüm əhəmiyyət daşıyır.