Dövlət Departamenti: Qarabağ ətrafındakı vəziyyətdən narahatıq

“ABŞ Qarabağdakı vəziyyətdən narahatdır və gərginliyi azaltmağa çağırır”.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatında deyilir.

Qeyd olunur ki, ABŞ Qarabağda toqquşmalarla bağlı xəbərlərdən dərin narahatdır və Qarabağ bölgəsində gedən gərgin döyüşlər, eləcə də yaralı və ölənlərlə bağlı məlumatları diqqətlə izləyir.

“Biz gərginliyi azaltmaq və eskalasiyanın qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq”, - bəyanatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ