Zelenski: Balkan yarımadası, Tayvan, indi də Qafqaz

Dünyada münaqişələr qlobal təhlükəsizliyin səmərəsiz arxitekturasına görə yaranır. Dünya elə bir model hazırlamalıdır ki, heç bir ölkənin digərinə təcavüz etməyəcəyinə zəmanət verilsin. 

Bunu çərşənbə günü, avqustun 3-də Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Əvvəlcə Balkanlar, sonra Tayvan, indi bəlkə də Qafqaz... Bütün bu vəziyyətlər fərqli görünür, baxmayaraq ki, onların bir ortaq amili var, o da qlobal təhlükəsizlik arxitekturası işləməyib. Əgər işləsəydi, bu münaqişələr olmazdı”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna problemə hələ 2014-cü ildə, Rusiya beynəlxalq hüquqa məhəl qoymadan Krımı və Donbasın bir hissəsini ilhaq edəndən sonra diqqət yetirməyə başlayıb.

Zelenski hesab edir ki, ölkələrin zəifliyini bütün dünyada yalnız birgə fəaliyyətlə qorumaq olar. Bunun üçün effektiv təhlükəsizlik arxitekturasını hazırlamaq lazımdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ