Çempionlar Liqası: “Qarabağ” “Ferentsvaroş”la heç-heçə edib

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Buta.media xəbər verir ki, “köhlən atlar” III təsnifat mərhələsinin ilk matçında Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edib. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesabı qonaqlar açıb. Frank Boli 17-ci dəqiqədə fərqlənib. Matçın 35-ci dəqiqədə Kvabena Ovusu qarşılaşmada tarazlığı bərpa edib - 1:1.

Komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ