Türkiyədə inflyasiya yeni rekord vurdu

Türkiyədə iyul ayında inflyasiya 79,6 faizlə son 24 ilin ən yüksək səviyyəsinə yüksəlib.

“Reuters”in məlumatına görə, qiymət artımına lirənin zəifləməsi, eləcə də dünyada enerji və xammalın bahalaşması səbəb olub.

“Capital Economics”iin inkişaf etməkdə olan bazarlar üzrə baş iqtisadçısı Ceysin Tuvi bildirib ki, hazırda əsas risk milli valyutanın ucuzlaşmasıdır. İllik inflyasiya hazırda 1998-ci ilin sentyabrından 80,4 faizə çatdıqdan sonra ən yüksək səviyyədədir.

Prezident Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü yumşalma siyasətinin bir hissəsi olaraq Mərkəzi Bankın əsas faiz dərəcəsini tədricən 500 baza bəndi azaldıb 14 faizə endirməsindən sonra ötən ilin payızında inflyasiya yüksəlməyə başlayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ