ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək daha 13 fiziki və 30-dan çox hüquqi şəxsi əhatə edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin nümayəndələri idarənin rəsmi Twitter hesabında məlumat veriblər.

Yeni siyahıya keçmiş idmançı Alina Kabaeva, “Fosaqro” holdinqinin rəhbəri Andrey Quryev, “Eurohim”və SUEK-in təsisçisi Andrey Melniçenko, Maqnitoqorsk Dəmir-Polad Zavodunun sahibi Viktor Raşnikov, Mariupol şəhər administrasiyasının rəhbəri Konstantin İvaşçenko və Xerson vilayətinin administrasiyasının rəhbəri Vladimir Saldonun adları daxil edilib.

Həmçinin ABŞ hakimiyyəti yüzlərlə Rusiya vətəndaşına qarşı viza sanksiyaları tətbiq edib. Dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton Rusiya Federasiya Şurasının üzvləri və hərbçilər də daxil olmaqla 893 RF rəsmisinə məhdudiyyətlər tətbiq edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ