ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri fonunda Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafındakı üç ərazidə təlimlərə başlayıb.
Bu barədə çərşənbə axşamı Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, dəniz və hava təlimləri Tayvanın şimal, cənub-qərb və cənub-şərqində keçirilir.
Çin Silahlı Qüvvələri təlimlər zamanı təxribat baş verəcəyi təqdirdə Tayvanı qisas alacağı ilə hədələyib.