Yevlaxda itkin düşmüş 19 yaşlı qız rəfiqəsigildə tapıldı

Yevlaxda itkin düşmüş 19 yaşlı qız rəfiqəsigildə tapılıb.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə iyulun 1-də itkin düşmüş S.Mustafalının rəfiqəsigildə qaldığı müəyyən edilib və onun ailəsinə qaytarılması təmin olunub.

Xatırladaq ki, Yevlax rayon sakini, 19 yaşlı Sitarə Mustafalı iyulun 1-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ