Spirtli içki qəbul edib tanımadığı şəxslə əlbəyaxa dava salan şəxsin sonu bıçaqlanma ilə bitib.
Buta.media Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Qum adası, Bağ massivində baş verib.
1978-ci il təvəllüdlü Mustafayev Azad Nurəddin oğlu şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yaraları, sol qulağın kəsilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta-ağırdır.