Son həftələrdə İranın onlarla əyalət və şəhərində baş verən sel daşqınlarından sonra ac timsahlar yaşayış bölgələrinə giriblər.
Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Belə ki, sosial şəbəkələrdə Sistan-Bəlucistan əyalətinin Dəştyari şəhərinin Rikukəş kəndinə daxil olmuş timsahın görüntüsü yayılıb.
Xatırladaq ki, İranda baş verən son sel daşqınları ölkənin 20 əyalətinə, 111 şəhərinə və 29 nəqliyyat qovşağına ciddi zərər vurub, 60-dan çox insan sel daşqınlarının qurbanı olub, yaxud itkin düşüb.