20 Yanvar faciəsinin təşkilatçılarından biri öldü

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sonuncu sədri Vadim Bakatin Moskvada 84 yaşında vəfat edib.

Bu barədə bazar ertəsi, avqustun 1-də NTV Teleqram kanalı məlumat yayıb.

Bakatin Troyekurovski qəbiristanlığında dəfn olunacaq.

1983-cü ildə Bakatin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi inspektoru olub və 1988-ci ildə Mixail Qorbaçov ona daxili işlər naziri vəzifəsini təklif edib. 1991-ci ildə Bakatin RSFSR-də prezident seçkilərində namizədlərdən biri idi.

Bakatinin dövründə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi bir neçə müstəqil xüsusi xidmət orqanlarına bölünüb, lakin sədr özü bunun əleyhinə olub.

Qeyd edək ki, Mixail Qorbaçovu Bakıya qoşun yeritməyə razı salanlardan biri də Vadim Bakatin olub.

“Qurbanlar bahasına Azərbaycan SSR-də Sovet hakimiyyəti bərpa olundu”, - Bakatin 20 Yanvar faciəsindən sonra yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ