Ukraynadan taxıl daşıyan ilk gəmi yola düşdü - Video

Ukraynadan taxıl daşıyan ilk gəmi bu gün yola düşüb.

“Qafqazinfo” “CNN Türk” telekanalına istinadən xəbər verir ki, gəmi Odessa limanını tərk edib.

Daha sonra Ukrayna yük gəmisi Livana yollanacaq.

Türkiyə Müdafiə Nazirliyi hələlik bu məlumatı təsdiqləməyib.

Qeyd edək ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ötən gün verdiyi açıqlamasında Ukraynadan taxıl daşıyan ilk gəminin bu gün yola düşəcəyini ehtimal etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ