İspaniyada bir nəfər meymunçiçəyi xəstəliyindən dünyasını dəyişib.
Bu barədə “La Vanguardia” nəşri İspaniya Səhiyyə Nazirliyinin hesabatına istinadən məlumat yayıb.
Bildirilir ki, bu Avropada meymunçiçəyindən qeydə alınan ilk ölüm hadisəsidir.
Ölüm faktı Valensiyada qeydə alınıb. İlkin məlumatlara görə, ölüm ilkin infeksiya nəticəsində inkişaf edən ensefalit səbəbindən baş verib.
Ümumilikdə, İspaniyada bu günə qədər 4 298 nəfər təsdiqlənmiş meymunçiçəyinə yoluxub. İspaniya dünyada ABŞ-dan sonra ən çox yoluxma hallarının qeydə alındığı ikinci ölkədir.
Ölkənin Səhiyyə Nazirliyi qeyd edir ki, meymunçiçəyinə yoluxmuş 120 nəfərin xəstəxanaya yerləşdirilməsi tələb olunub, onlardan biri dünyasını dəyişib.