Araz çayında qadın şalı ilə bağlanmış kişi meyiti tapıldı

İyulun 20-də Araz çayının işğaldan azad edilmiş Cəbrayıl rayonunun, Xələfli qəsəbəsi ərazisindən keçən hissəsində salınmış “Qız Qalası” hidroqovşağında qolu qandallanmış kişi meyiti tapılıb.

Bu barədə Cəbrayıl Rayon prokurorluğu məlumat yayıb.

Bildirilir ki, təxminən 25-30 yaşlarında olan kişi meyitinin hər iki qol və ayaqları plastmas qandalla bağlanmış vəziyyətdə olub.

Meyitin xarici müayinəsi zamanı müəyyən edilib ki, boyu 176 sm, qarnın aşağı üçdə bir hissəsində qara rəngdə üzərində sarı metaldan muncuqları olan qadın şalı bədəninə düyünlənərək bağlanmış, əynində isə “XL” ölçüdə, ön hissəsində “Reebok” yazısı olan çəhrayı rəngli köynək vardır. 

Göstərilən əlamətlərə uyğun gələn naməlum kişi meyitinin şəxsiyyətinin müəyyən edilməsi üçün məlumatı olan vətəndaşlardan Cəbrayıl rayon prokurorluğu ilə (026 – 384 – 39 – 03; mob: 055 – 964 – 84 – 81) əlaqə saxlamaları xahiş olunur.

Faktla bağlı cinayət işi başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ