Hazırda Türkiyə hökuməti “Baykartar” pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə bağlı Rusiya ilə əməkdaşlıq məsələsini nəzərdən keçirmir.
“Hürriyet” nəşrinin məlumatına görə, bu barədə Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir bəyan edib.
Xatırladaq ki, RF prezidenti Vladimir Putin Tehranda keçirdiyi görüş zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana Rusiyada “Baykartar” pilotsuz uçuş aparatlarının (PUA) istehsalına dəvət edib.
“Putin mənə “Baykar” şirkəti ilə birgə işləmək istədiyini söylədi. O, bu yaxınlarda BƏƏ-də olduğu kimi, Rusiyada da zavod qurmağı təklif edib”, - deyə Ərdoğan bildirib.
İyulun 19-da Ukrayna hökuməti öz ərazisində Türkiyə “Bayraktar”ının istehsalına icazə verib. Ukraynanın baş naziri Denis Şmıqal bəyan edib ki, respublikanın Nazirlər Kabineti sazişin ratifikasiyası ilə bağlı Ali Radaya layihə göndərəcək.