İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən komissiyanın həmsədri təyin edilib.
Bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamında əksini tapıb.
Komissiyanın həmsədri bundan əvvəl Azərbaycan Respublikası Baş nazirinin birinci müavini olub.
Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncama edilmiş dəyişiklik barədə Türkmənistan tərəfinə müvafiq bildiriş göndərməlidir.