Xalq şairinin oğlu dünyasını dəyişdi

Azərbaycanın xalq şairi Osman Sarıvəllinin oğlu Babək Qurbanov vəfat edib.
 
Buta.media xəbər verir ki, bu barədə yazıçı Firuz Mustafa “Facebook” səhifəsində məlumat verib.
 
Fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov 80 yaşında dünyasını dəyişib və bu gün atasının yanında, Qazax rayonunun İkinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub.
 
Qeyd edək ki.B.Qurbanov ömrünün son illərini Türkiyədə yaşayıb və müxtəlif universitetlərdə mühazirələr oxuyub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ