İmişli rayon sakini Azad Zeynalovun yaşadığı həyətyanı sahədə xəstə, istifadəyə tam yararsız olan, ümumi çəkisi 150 kiloqram mal əti aşkar edilərək götürülüb.
Buta.media-nın məlumatına görə, ətdən götürülən nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratororiyasına göndərilib, qalan hissəsi isə yandırılaraq məhv edilib.
Ekspert rəyi ilə müəyyən edilib ki, həmin ət xəstə iri buynuzlu heyvana məxsusdur və istifadəyə tam yararsız olmaqla bərabər insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. A.Zeynalov izahatında əldə etdiyi xəstə heyvanı kəsərək ətini Bakı şəhərində satmaq istədiyini bildirib.