Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri meymunçiçəyi xəstəliyinin sürətlə yayılmasını səhiyyə sahəsi üçün fövqəladə vəziyyət adlandırıb.
Buta.media xəbər verir ki, bu haqda ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus açıqlama verib.
ÜST rəhbəri qeyd edib ki, meymunçiçəyi xəstəliyinin yayılması riskin yüksək olduğu Avropa istisna olmaqla, dünyanın bütün regionlarında yoluxma riskinin orta səviyyədədir.
ÜST-nin son məlumatlarına görə, 75-dən çox ölkədə 16 000-ə yaxın meymunçiçəyinə yoluxma halı qeydə alınıb.