“Barselona” Ronaldunun transferindən imtina edib

İspaniyanın “Barselona” klubu “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu ilə müqavilə imzalamaqdan imtina edib. Bu barədə “The Mirror” məlumat yayıb.

Portuqaliyalı yay transfer pəncərəsində Kataloniya klubuna keçməyəcək. Qeyd olunur ki, “Barselona” 37 yaşlı futbolçu ilə maraqlanmır.

Daha əvvəl portuqaliyalının agenti Xorxe Mendeş “Barselona”nın rəhbərliyi ilə görüşüb və futbolçunun mümkün transferini müzakirə edib. Hücumçu ilə “Çelsi”, “Napoli”, “Roma” və “Paris Sen-Jermen” də maraqlanıb.

İyulun 2-də Ronaldunun “Mançester Yunayted”in transfer siyasətindən və klubun İngiltərə Premyer Liqasının (APL) mövsümünün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməməsindən narazı olduğu bildirilib. Hücumçu rəhbərliyi kluba sərfəli təklif alacağı təqdirdə onu satmağa çağırıb.

Ronaldo 2021-ci ilin avqustunda “Yunayted”ə qayıdıb. Portuqaliyalı beşqat “Qızıl top”un sahibi və beşqat Çempionlar Liqasının qalibidir: bu titullardan dördünü o “Real Madrid”lə qaqzanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ