Ukrayna prezidenti Volodimir Zelenski xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Dövlət başçısının müvafiq videomüraciəti Telegram kanalında yayımlanıb.
Zelenski ofisində olduğunu və özünü yaxşı hiss etdiyini bildirib.
“Və belə feyk məlumat yayanlar hər kəs üçün pis xəbər: mən tək deyiləm, biz 40 milyonuq. Qocalığa isə hörmətlə yanaşırıq: 44 yaş 70 deyil”, - dövlət başçısı bildirib.