Ukrayna dünya xəritəsindən silinə bilər - Medvedev

Bütün baş verənlərin nəticəsində Ukrayna dövlət suverenliyinin qalıqlarını itirə və dünya xəritəsindən silinə bilər. 

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında yazıb.

Siyasətçi əlavə edib ki, 2014-cü il çevrilişindən sonra Ukrayna müstəqilliyini itirib və Qərb dövlətlərinin təsiri altına düşüb. Bundan əlavə, Ukrayna NATO-nun onun təhlükəsizliyini təmin edəcəyinə inanıb.

Medvedevin sözlərinə görə, “ukraynalı cinayətkarların Ukrayna və Rusiya xalqlarına qarşı törətdikləri vəhşiliklərə görə mühakimə olunacaqlar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ