“Peyvənd proqramında növbəti dozaların tətbiqi mütləq qaydada hər hansı məqamda tətbiq olunacaq. Belə ki, hələ koronavirusa qədər mövsümi qripə qarşı profilaktik tədbirlər çərçivəsində yeni ştammların əmələ gəlməsi ilə bağlı il ərzində bir dəfə peyvənd olunurduq. Bunu hamı könüllü edirdi. Lakin koronavirus digər qrip formalarından fərqlənir”.
Bu sözləri “ARB 24”də yayımlanan “Gündəm” verilişində qonaq olan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov bildirib.
O əlavə edib ki, vurulan peyvəndin təsiri 6 aydan sonra azala və ya yox ola bildiyindən yeni doza vaksinlərin tətbiqi mütləq olacaq:
“Bu tövsiyə xarakterli olsa da, mütləq qaydada profilaktik tədbir kimi vətəndaşlar özləri müraciət edə biləcəklər”.