Rusiya, Türkiyə və İran Suriya ilə bağlı birgə bəyənnamə qəbul ediblər

Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başa çatıb.

Görüşün sonunda birgə bəyannamə qəbul edilib.

Bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir.

Həmçinin İran və Türkiyə liderləri Putinin dəvəti ilə növbəti üçtərəfli sammitin Rusiyada keçirilməsinə razılıq veriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ