Çempionlar Liqası: “Qarabağ” Bakıda “Sürix”i məğlub etdi

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda İsveçrənin “Sürix” komandasını qəbul edib.

Buta.media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun Qurban Qurbanovun yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 17-ci dəqiqədə Kadi açıb. Qarşılaşmanın 36-cı dəqiqədə Vadji hesab arasında fərqi iki topa çatdırıb.

Matçın 65-ci dəqiqəsində qonaqların futbolçusu Lindrit Kamberi hesab arasındakı fərqi azaltsa da, isveçrəlilərin sevinci uzun çəkməyib.

Bir dəqiqə sonra isə İbrahima Vadji özünün ikinci, “Qarabağ”ın üçüncü qolunu qonaqların qapısından keçirib. Qarşılaşmanın 85-ci dəqiqəsində “Sürix” hesab arasındakı fərqi yenidən azaldıb. Mirlind Kryeziu Şahrudin Məhəmmədəliyevnən dueldən qalib ayrıldı.

Komandalar arasındakı cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ