FHN "Diqlas" ticarət mərkəzinə təhlükəsizlik sənədi vermişdimi?

Bakıda Diqlas adlı ticarət mərkəzi içərisində mağaza sahiblərinin minlərlə manat dəyəri olan mallarla bilrikdə yandıqdan sonra artıq divarları qalmış bu binada yanğın təhlükəsizliyinin necə təmin olunduğu barədə suallar ortaya çıxıb, Buta.media-nın məlumatına görə, bu barədə BBC yazır.

Binada yanğın təhlükəsizliyi sistemi təmin olunmuşdumu? Buna kim nəzarət etməli idi? Sahibkarlara yanğın təhlükəsizliyi barədə təlimat verilmişdimi?

Və nəhayət, Fövqəladə Hallar Nazirliyi binada yanğın təhlükəsizliyi sisteminin yerində olmasını təsdiqləyən hər hansı sənəd vermişdimi?
 
FHN bu sualları "asudə vaxtında" cavablandıracaq - FHN sözçüsü Yəhya Babanlı BBC News Azərbaycancaya deyib ki, "hazırda yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı işlər görülsün, asudə vaxtda" bu suallara cavab verəcək.
 
"Yanğın təhlükəsizliyi haqqında" Qanuna görə, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edən orqan Dövlət Yanğın Nəzarəti Xidmətidir. Bu xidmət isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinindir.
 
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov çərşənbə axşamı günü "yanğının bu cür geniş yayılmasının səbəbi kimi obyekt rəhbərliyinin yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət etməməsini" göstərib.
 
"Mən bu binada yanğın şiti görməmişəm. Üstəlik, eşitməmişəm ki, yanğına görə nə vaxtsa, hansısa təlim olsun, dünən mühafizəçilərdən soruşuram ki, sizə təlim keçiblərmi, yaxud da məlumatlandırılma olubmu? Deyirlər ki, olmayıb. Mənim 300 minlik (manatlıq - red.)malım yandı. Elə adam var 800 minlik malı yanıb. Evim kreditdədir. Tək malımız yox, elə özümüz də yandıq", "Diqlas"da mağaza sahibi olmuş sahibkarlardan biri deyir.
 
Adının çəkilməsini istəməyən sahibkar deyir ki, orada işlədiyi bir ildə nə özünə, nə də işçisinə yanğın təhlükəsizliyi ilə bağlı heç bir sənəd göstərilməyib və məlumat verilməyib.
 
"Obyektlərin giriş-çıxışında, yaxud divarlarında yanğından mühafizəyə dair heç bir nişan, texniki əşya görməmişəm, üstəlik, bu bina elə ümumi meydança kimi tikilib, elə istəyənə də müəyyən kvadrat ayırıb verirdilər", çərşənbə axşamı günü baş verən yanğında malları məhv olmuş sahibkar deyir.

Dükanı götürürdün, olurdu sənin. Centlmen razılaşması yəni, səhər gəlib səni qova da bilərdi, heç nə edə bilməzdin çünki müqavilə yox idi.
 
Sahibkar deyir ki, mərkəzdə yer icarəyə götürərkən müqavilə bağlanmayıb.
 
"Müqavilə var ki, orada təhlükəsizlik məsələsindən də yazalar? Ora tikiləndən mən görmüşəm. Meydança kimi tikdilər. Əvvəlcə normal bölüb satırdılar. Kim neçə kvadrat metr istəyirdisə, o qədər. Bir müddətdən sonra obyektlərin arasında qalan balaca-balaca yerləri də camaata icarəyə verməyə başladılar.
 
Dükanı götürürdün, olurdu sənin. Centlemen razılaşması yəni, səhər gəlib səni qova da bilərdi, heç nə edə bilməzdin, çünki müqavilə yox idi. Bir şey ki, arenda pulunu bir gün gecikdirəndə səhər tezdən gəlib görürdün ki, dükanında plomb var".
 
Sahibkar deyir ki, icarəyə götürdüyü hər kvadrat metr ərazi üçün 35 manat ödəyib. Lakin bu məbləğə hansı xidmətlərin daxil olduğunu ona deməyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ